← Bütün CV nümunələri
Marketinq mütəxəssisi CV nümunəsi
İşəgötürən CV-də vəzifə öhdəliklərini yox, nəticəni axtarır. Aşağıdakı maddələr marketinq mütəxəssisi üçün yazılıb: [X] olan yerə öz rəqəmini yaz.
Bu nümunələrlə CV hazırlaİş təcrübəsi üçün hazır maddələr
- Meta və Google reklam kampaniyalarını planlaşdırıb idarə etdim
- Bir müraciətin qiymətini [X]% azaltdım
- Aylıq marketinq büdcəsini planlaşdırdım və xərcə nəzarət etdim
- GA4 və GTM ilə saytda conversion izləməsini qurdum
- Rəqib və bazar araşdırması apararaq kampaniya strategiyası hazırladım
- Agentlik və dizaynerlərlə kreativ işləri koordinasiya etdim
- Aylıq nəticə hesabatlarını rəhbərliyə təqdim etdim
- Brend tədbirləri və aksiyaların təşkilində iştirak etdim
«Haqqımda» nümunələri
[X] illik təcrübəsi olan marketinq mütəxəssisiyəm. Rəqəmsal reklam, analitika və kampaniya planlaşdırması üzrə işləyirəm, qərarları data əsasında verirəm.
Yaradıcı və nəticəyə yönəlmiş marketoloqam. [X] il ərzində brendlər üçün reklam kampaniyaları qurmuş və müraciət sayını artırmışam.
Bacarıqlar
Meta AdsGoogle AdsGA4Google Tag ManagerKontent planlamaBüdcə idarəçiliyiBazar araşdırmasıHesabat və analitika
Azərbaycanda bu sahənin elanlarında nə istənir
Proqramlar və alətlər: Meta/Facebook Ads, MS Office, Excel, Canva, Google Ads, CRM
Dillər: Azərbaycan dili, rus dili, ingilis dili
Təcrübə tələbi: adətən 2+ il.
Mənbə: jobsearch.az elanlarının ümumi təhlili, oktyabr 2026. CV-yə yalnız həqiqətən bildiyin bacarıqları yaz.