Motivasiya məktubu: sənin faktlarınla
Bir neçə suala cavab ver, vakansiyaya və ya universitetə uyğun səliqəli məktub hazırdır.
Nə alırsan
- PDF və Word (düzəltmək üçün)
- AZ, EN, RU dillərində
- 3 şablon, rəngi seçmək olar
3 səliqəli şablon
Azərbaycan, ingilis və rus dilində. Məktub yalnız sənin yazdığın faktlarla qurulur, heç nə uydurulmur.
Mövzu: Marketinq mütəxəssisi vəzifəsinə müraciət
Hörmətli işə qəbul komissiyası,
Günəş Bankda Marketinq mütəxəssisi vəzifəsinə müraciət etmək istəyirəm. Bankın son iki ildə rəqəmsal xidmətlərə verdiyi önəm və gənc müştərilərlə qurduğu səmimi ünsiyyət məni bu komandanın bir parçası olmağa həvəsləndirir.
ADA Universitetində biznes idarəçiliyi üzrə bakalavr təhsili almışam. Son iki il bir e-ticarət şirkətində marketinq köməkçisi kimi çalışaraq sosial media kampaniyalarını planlaşdırmış, nəticələrini ölçmüş və hesabatlar hazırlamışam.
Rəqəmlərlə işləməyi sevirəm: Google Analytics və Power BI ilə kampaniya nəticələrini təhlil edir, komandaya aydın təkliflər verirəm. Eyni zamanda yaradıcı mətn yazmağı və müxtəlif komandalarla birgə işləməyi bacarıram.
Məqsədim bank sektorunda rəqəmsal marketinq üzrə dərin təcrübə qazanmaq və müştəri təcrübəsini ölçülə bilən şəkildə yaxşılaşdıran layihələrdə iştirak etməkdir.
Müraciətimi nəzərdən keçirdiyiniz üçün təşəkkür edirəm. Namizədliyimi müsahibədə daha ətraflı müzakirə etməkdən məmnun olaram.

Necə işləyir
- 1Adını, şirkəti və vəzifəni yaz, istəsən vakansiya linkini və CV-ni də əlavə et
- 2AI məktubu elanın tələblərinə uyğun yazır və uyğunluq balını göstərir
- 3Önizləmədə bax: bir ödənişlə 3 dildə, 3 variantda (rəsmi, enerjili, qısa) açılır
- 4PDF, Word, mətn və göndərmək üçün hazır e-poçtu götür
Kimin üçündür
- Xaricdə təhsil və ya magistraturaya müraciət edənlər
- Vakansiyaya CV ilə birlikdə məktub göndərənlər
- Təqaüd və təcrübə proqramlarına müraciət edən tələbələr
Motivasiya məktubunun quruluşu
- 1
Giriş: kimsən və nə üçün yazırsan
Ad, hazırkı təhsil və ya iş, hansı vəzifəyə və ya proqrama müraciət etdiyin. «Bu məktubu ... məqsədilə yazıram» kimi quru başlanğıcdan qaç.
- 2
Əsas hissə: niyə məhz sən
Bacarıq və təcrübəni sadalama, konkret nümunə ver: harada, nə etdin, nəticəsi nə oldu və bu yerə necə fayda verəcək.
- 3
Niyə məhz bu yer
Şirkət və ya universitet haqqında bir-iki konkret detal yaz. Hər yerə eyni məktub göndərildiyi dərhal hiss olunur.
- 4
Nəticə: qısa və müsbət
Marağını təkrarla, görüşə hazır olduğunu bildir. Bir səhifəni keçməsin.
Suallar
Uydurma fakt yazılır?
Xeyr. Məktub yalnız sənin cavablarından qurulur.
Nə qədər uzun olur?
250–400 söz, bir səhifə, işəgötürənlərin gözlədiyi kimi.
Universitet üçün də olur?
Bəli: vakansiya, universitet, təqaüd və təcrübə üçün ayrıca forma var.
Motivasiya məktubu ilə cover letter eyni şeydir?
Mahiyyətcə bəli: ikisi də niyə uyğun namizəd olduğunu izah edir. Universitetlər daha çox «motivasiya məktubu», şirkətlər «cover letter» deyir.
Hər müraciətə ayrıca məktub lazımdır?
Bəli, ən azı giriş və «niyə bu yer» hissəsi dəyişməlidir. Hazırladığın məktub hesabında qalır, onu kopyalayıb uyğunlaşdırmaq asandır.
AI yazdığı məktubu necə yoxlayım?
Bütün faktların düz olduğunu oxu, öz sözünlə bir-iki cümlə əlavə et. Ödənişdən sonra mətni saytda və ya Word faylında istədiyin kimi dəyişə bilərsən.
Pulsuz AI çatından nə fərqi var?
Vakansiya linkini versən, məktub elanın tələblərinə uyğun yazılır və uyğunluq balını görürsən. Hazırla-dakı CV-ndən təcrübəni özü götürür, bir ödənişlə 3 dildə və 3 variantda hazır olur, üstəlik dizaynlı PDF, Word və göndərmək üçün hazır e-poçt mətni alırsan.