hazırla
Daxil ol

Geri qaytarma qaydaları

Son yenilənmə: 25 sentyabr 2026

1. Nə zaman pul qaytarılır

Ödəniş keçib, amma fayl texniki səbəbdən hazırlanmayıb və ya yüklənməyibsə.

Eyni sifariş üçün pul iki dəfə çəkilibsə.

Fayl önizləmədə göstəriləndən fərqli və ya zədəli çıxıbsa və biz bunu düzəldə bilmiriksə.

2. Nə zaman qaytarılmır

Ödənişdən əvvəl nəticəni önizləmədə tam görürsən. Ona görə fayl yükləndikdən sonra “fikrimi dəyişdim” və ya “bəyənmədim” səbəbi ilə pul qaytarılmır.

Daxil etdiyin məlumatdakı səhvə görə (məsələn, ad səhv yazılıb) qaytarma edilmir — faylı düzəldib yenidən yükləyə bilərsən.

3. Necə müraciət etmək olar

Ödənişdən sonra 14 gün ərzində [E-poçt] ünvanına sifariş nömrəsini (S-...) və problemi yaz.

Müraciətə 3 iş günü ərzində cavab veririk. Təsdiq olunan məbləğ ödənişin edildiyi karta və ya istəyinə görə balansa qaytarılır. Karta qaytarma bankdan asılı olaraq 3–10 iş günü çəkə bilər.

Balansa qalan pul (bonus istisna olmaqla) istəyinə görə karta qaytarıla bilər.