hazırla
Pro alDaxil ol
SənədlərMüqavilə hazırlamaq

Müqavilə: doldur, çap et, imzala

Kirayə, borc, alqı-satqı, xidmət müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun quruluşla.

2 ₼Hazırlamaq və önizləmə pulsuzdur. Ödəniş yalnız faylı yükləyəndə.
Müqavilə hazırla →

Nə alırsan

  • PDF və Word
  • Məbləğ sözlə də yazılır
  • Fiziki şəxs və ya şirkət tərəflər

Necə işləyir

  1. 1Müqavilə növünü seç: kirayə, borc, alqı-satqı, xidmət və s.
  2. 2Tərəfləri yaz: fiziki şəxs və ya şirkət
  3. 3Şərtləri doldur: məbləğ sözlə də avtomatik yazılır
  4. 4PDF və Word kimi yüklə, çap et və imzala

Kimin üçündür

  • Mənzilini kirayəyə verən və ya kirayə götürənlər
  • Əşya, avtomobil satan və ya alanlar
  • Freelancer və kiçik bizneslər (xidmət müqaviləsi, NDA)
  • Borc verən və alanlar

Müqavilə bağlayanda nəyə diqqət etməli

  1. 1

    Tərəfləri tam yaz

    Ad, soyad, FİN və ya VÖEN, ünvan. Sonradan mübahisə olanda tərəfin kim olduğu sual altında qalmasın.

  2. 2

    Məbləğ və müddət dəqiq olsun

    Ödənişin məbləği, tarixi və üsulu. Kirayədə depozitin nə vaxt və necə qaytarılacağını ayrıca yaz.

  3. 3

    Hər səhifəni imzala

    Hər tərəfdə bir nüsxə qalsın. Akt, qəbz kimi əlavə sənədləri də saxla.

  4. 4

    Notarius və qeydiyyat

    Daşınmaz əmlakla bağlı bəzi müqavilələr notarial təsdiq və ya dövlət qeydiyyatı tələb edə bilər. Şübhə varsa notarius və ya hüquqşünasla məsləhətləş.

Suallar

Notarius təsdiqi lazımdır?

Adi yazılı forma kifayət edən müqavilələr üçündür. Daşınmaz əmlak alqı-satqısı kimi hallarda notarius lazımdır.

Şərtləri dəyişə bilərəm?

Bəli, Word faylında istənilən bəndi düzəldə bilərsən.

Hüquqi məsləhətdir?

Xeyr, hazır şablondur. Böyük məbləğlərdə hüquqşünasa göstərməyi tövsiyə edirik.

Bu müqavilə hüquqi qüvvəyə malikdirmi?

Tərəflər imzaladıqda yazılı müqavilə kimi qüvvədədir. Hazırla hüquqi məsləhət vermir: mürəkkəb və ya böyük məbləğli işlərdə hüquqşünasa göstər.

Şirkət adından müqavilə hazırlamaq olar?

Bəli, tərəf kimi hüquqi şəxs seç: VÖEN, nümayəndə və vəzifəsi, bank rekvizitləri sahələri açılır.

Bunlar da lazım ola bilər