Hesabı silmək
Hazırla (hazirla.az) hesabını və ona aid məlumatları istənilən vaxt özün silə bilərsən. Silmə dərhal baş verir.
- 1Hazırla tətbiqində və ya hazirla.az saytında hesabına daxil ol.
- 2Menyudan «Hesabım» səhifəsini aç.
- 3Səhifənin ən aşağısında «Hesabı sil» düyməsini bas və təsdiq et.
Nə silinir
Ad, e-poçt, şifrə, telefon; CV-lər, təqdimatlar, vəsiqəlik fotolar, dəvətnamələr və qonaq cavabları, vizit kartlar, məktublar və digər sənədlər; yüklədiyin şəkil və musiqi faylları; AI istifadə sayğacları. Dəstək yazışmalarından ad və əlaqə məlumatın çıxarılır.
Nə saxlanır
Sifariş və ödəniş qeydləri (məbləğ, tarix, məhsul) qanunla tələb olunan müddət ərzində şəxsi məlumat olmadan saxlanır. Balansdakı qalıq geri qaytarılmır.
Hesabına daxil ola bilmirsənsə, sayt və tətbiqdəki «Canlı dəstək» vasitəsilə yaz: hesabını biz silərik.