hazırla
Pro alDaxil olQeydiyyat

Məxfilik siyasəti

Son yenilənmə: 25 sentyabr 2026

1. Hansı məlumatları toplayırıq

Hesab məlumatları: ad, soyad, e-poçt, Google ilə giriş zamanı Google-un təqdim etdiyi ad və e-poçt.

Alətlərə daxil etdiyin məzmun: CV məlumatları, yüklədiyin şəkillər, təqdimat mövzuları, dəvətnamə məlumatları.

Ödəniş məlumatları: məbləğ, tarix və status. Kart nömrəsi və digər kart məlumatları bizdə saxlanmır, onları yalnız Epoint və bank emal edir.

2. Məlumatlardan necə istifadə edirik

Xidməti göstərmək üçün: faylını hazırlamaq, hesabında saxlamaq, ödənişi emal etmək.

Mətni AI ilə emal etmək üçün daxil etdiyin mətn süni intellekt xidmətinə (Anthropic) göndərilir. Bu məlumat reklam üçün istifadə olunmur və satılmır.

Sənə xidmətlə bağlı bildirişlər göndərmək üçün (ödəniş qəbzi, şifrə bərpası).

3. Saxlama və silmə

Məlumatlar Cloudflare-in təhlükəsiz serverlərində saxlanılır. Hazırladıqların yalnız sənin hesabında görünür.

Hesabını istənilən vaxt «Hesabım» səhifəsinin ən aşağısındakı «Hesabı sil» düyməsi ilə özün silə bilərsən (ətraflı: hazirla.az/hesabi-sil). Qanunla saxlanması tələb olunan ödəniş qeydlərindən başqa hər şey silinir.

4. Kukilər

Sayt yalnız zəruri kukilərdən istifadə edir: hesabında qalmağın üçün sessiya kukisi. Reklam və izləmə kukiləri istifadə olunmur.