Tez-tez verilən suallar: ödəniş, yükləmə və alətlər
Ödəniş, yükləmə və hər alət haqqında cavablar. Sualını yaz, uyğun cavab dərhal görünəcək.
131 sual
Ödəniş və ümumi suallar
Pulu nə vaxt ödəyirəm?
Yalnız faylı yükləyəndə. Hazırlamaq və önizləməyə baxmaq pulsuzdur, nəticəni görüb bəyənəndən sonra ödəyirsən.
Abunə və ya gizli ödəniş varmı?
Gizli ödəniş yoxdur. Hər alətin sabit qiyməti var, yalnız aldığın şeyə görə ödəyirsən. Tez-tez istifadə edirsənsə, Hazırla Pro var: 30 gün bütün alətlər (ayda 25 yükləmə, gündə 5-ə qədər). Avtomatik yenilənmir: kartından özbaşına pul çıxmır.
Hansı kartla ödəmək olar?
Azərbaycan və xarici bankların Visa və Mastercard kartları ilə. Ödəniş Epoint vasitəsilə, bankın təhlükəsiz səhifəsində aparılır, kart məlumatların bizdə saxlanmır.
Balans nədir, mütləqdirmi?
Mütləq deyil. İstəsən yalnız sifarişin məbləğini ödəyirsən. Tez-tez istifadə edirsənsə, balansı istədiyin məbləğdə artırırsan; müəyyən məbləğdən yuxarı artıranda bonus qazanırsan və növbəti dəfə kartsız ödəyirsən.
Pul geri qaytarılırmı?
Fayl texniki səbəbdən yüklənməyibsə və ya ödəniş iki dəfə çəkilibsə, pul tam qaytarılır. Ödənişdən əvvəl nəticəni gördüyün üçün “bəyənmədim” səbəbi ilə qaytarma edilmir. Ətraflı: Geri qaytarma qaydalarında.
Məlumatlarım təhlükəsizdirmi?
Hazırladıqların yalnız sənin hesabında saxlanır, heç kimə verilmir. İstənilən vaxt hesabını və məlumatlarını silməyi xahiş edə bilərsən.
AI yazdığı mətn düzgündürmü?
AI mətni sənin verdiyin məlumat əsasında yazır və redaktə etməyi asanlaşdırır. Yükləməzdən əvvəl mətni oxu və lazım olan yeri dəyiş, son söz səndədir.
Alətlər üzrə suallar
Tərcümeyi-hal yazmaq
Alətə keç →Tərcümeyi-hal ilə CV eyni şeydir?
Xeyr. Tərcümeyi-hal birinci şəxsdə yazılan ardıcıl mətndir, rəsmi qurumlar istəyir. CV bölmələrlə qurulur, şirkətlərin iş elanlarında istənir. Elanda CV yazılıbsa, CV alətini işlət.
Mətni dəyişə bilərəm?
Bəli. Ödənişdən sonra mətni istədiyin kimi düzəldirsən, Word faylında da dəyişmək olur.
Əl ilə yazmaq tələb olunursa?
Bəzi qurumlar tərcümeyi-halı əl ilə yazmağı istəyir. Onda hazır mətni çap edib üzündən köçür: səhv və unudulan məlumat olmayacaq.
Tərcümeyi-hal nə qədər uzun olmalıdır?
Adətən bir səhifə kifayətdir. Uzun iş təcrübəsi və çox qohum olanda iki səhifəyə çata bilər.
Qohumlar bölməsini mütləq yazmalıyam?
Hərbi və dövlət qəbulunda adətən istənir. Universitet və iş yeri üçün çox vaxt lazım olmur, istəsən boş saxla.
Neçəyədir?
Hazırlamaq və önizləmə pulsuzdur. Yalnız PDF və Word faylını yükləyəndə ödəyirsən, Hazırla Pro ilə bu da daxildir. Dəqiq qiyməti Qiymətlər səhifəsində görə bilərsən.
Motivasiya məktubu hazırlamaq
Alətə keç →Uydurma fakt yazılır?
Xeyr. Məktub yalnız sənin cavablarından qurulur.
Nə qədər uzun olur?
250–400 söz, bir səhifə, işəgötürənlərin gözlədiyi kimi.
Universitet üçün də olur?
Bəli: vakansiya, universitet, təqaüd və təcrübə üçün ayrıca forma var.
Motivasiya məktubu ilə cover letter eyni şeydir?
Mahiyyətcə bəli: ikisi də niyə uyğun namizəd olduğunu izah edir. Universitetlər daha çox «motivasiya məktubu», şirkətlər «cover letter» deyir.
Müşayiət məktubu və müraciət məktubu nədir?
Müşayiət məktubu (cover letter) CV ilə birlikdə işə göndərilən qısa məktubdur, motivasiya məktubu isə daha çox universitet, təqaüd və proqramlara yazılır. Quruluşları oxşardır: kimsən, niyə məhz bu yer, nə verə bilərsən. Alət həm vakansiya, həm də universitet üçün yazır.
Hər müraciətə ayrıca məktub lazımdır?
Bəli, ən azı giriş və «niyə bu yer» hissəsi dəyişməlidir. Hazırladığın məktub hesabında qalır, onu kopyalayıb uyğunlaşdırmaq asandır.
AI yazdığı məktubu necə yoxlayım?
Bütün faktların düz olduğunu oxu, öz sözünlə bir-iki cümlə əlavə et. Ödənişdən sonra mətni saytda və ya Word faylında istədiyin kimi dəyişə bilərsən.
Pulsuz AI çatından nə fərqi var?
Vakansiya linkini versən, məktub elanın tələblərinə uyğun yazılır və uyğunluq balını görürsən. Hazırladakı CV-ndən təcrübəni özü götürür, bir ödənişlə 3 dildə və 3 variantda hazır olur, üstəlik dizaynlı PDF, Word və göndərmək üçün hazır e-poçt mətni alırsan.
Ərizə yazmaq
Alətə keç →Ərizə hansı dildə olur?
Azərbaycan dilində, rəsmi ərizə formasında.
Hüquqi məsləhətdir?
Xeyr, hazır nümunədir. İş yerinin öz forması varsa, onu işlət.
İşdən çıxmaq üçün ərizəni nə vaxt verməliyəm?
Əmək Məcəlləsinin 69.1-ci maddəsinə görə işçi əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək üçün işəgötürəni bir təqvim ayı əvvəl yazılı xəbərdar etməlidir. Bu, ümumi məlumatdır, hüquqi məsləhət deyil: öz vəziyyətin üçün kadrlar şöbəsi və ya hüquqşünasla dəqiqləşdir.
İllik məzuniyyət neçə gündür?
Əmək Məcəlləsinin 114-cü maddəsinə görə illik əsas məzuniyyət ən azı 21 təqvim günüdür, bəzi işçilər üçün daha uzun ola bilər. Bu, ümumi məlumatdır, hüquqi məsləhət deyil.
Məzuniyyət haqqı nə vaxt ödənilir?
Əmək Məcəlləsinin 140.5-ci maddəsinə görə məzuniyyət haqqı məzuniyyət başlamazdan ən geci 3 gün əvvəl ödənilməlidir. Ona görə ərizəni vaxtında vermək yaxşıdır. Bu, ümumi məlumatdır, hüquqi məsləhət deyil.
İşə qəbul ərizəsinə hansı sənədlər əlavə olunur?
İşə qəbul zamanı təqdim olunan sənədlər Əmək Məcəlləsinin 48-ci maddəsində sadalanır, adətən şəxsiyyət vəsiqəsi və iş ixtisas tələb edirsə təhsil sənədi istənir. Dəqiq siyahını kadrlar şöbəsindən soruş, «Əlavələr» sahəsinə yaz. Bu, ümumi məlumatdır, hüquqi məsləhət deyil.
Adları hansı halda yazım?
Adi formada yaz: «Rəşad Əliyev», «Aysel Məmmədova». Alət ərizədə özü «Rəşad Əliyevə» və «Aysel Məmmədovadan» edir. Səhv görsən, şəkilçini söndür və adı özün yaz.
İş yerinin öz ərizə forması varsa?
O zaman həmin formanı işlət. Hazırladığın mətni Word faylından kopyalayıb ora köçürmək olar.
Müsahibəyə hazırlaşmaq
Alətə keç →Hansı sahələr var?
Satış, marketinq, IT, maliyyə, HR, müştəri xidmətləri, dizayn, bank, menecer, tələbə.
Cavabımı yoxlatmaq olar?
Bəli, cavabını yaz: güclü və zəif tərəfləri, daha yaxşı variantı görürsən.
Pulsuz hissə var?
İlk suallar pulsuz açıqdır.
Ən çox verilən müsahibə sualları hansılardır?
«Özünüz haqqında danışın», «Niyə bu şirkət?», «Güclü və zəif tərəfləriniz», «5 ildən sonra özünüzü harada görürsünüz?» və maaş gözləntisi. Hamısı hazırlıqda var.
Maaş sualına necə cavab verim?
Bazarı əvvəlcədən araşdır və konkret aralıq de. Nümunə cavablarda bu sualın necə qurulacağı göstərilib.
Mənbə siyahısı hazırlamaq
Alətə keç →Hansı formatlar?
APA 7, ГОСТ və MLA.
Pulludur?
Xeyr, qeydiyyat da lazım deyil.
Hansını seçim?
Müəllimin tələb etdiyini. Azərbaycan universitetlərində çox vaxt ГОСТ, ingilisdilli və sosial elmlər üzrə işlərdə APA istənilir.
Kursiv və sıra düzgün olacaq?
Bəli: əlifba sırası ilə, ГОСТ-da qanunlar əvvəldə, APA və MLA-da kitab və jurnal adları kursivlə. Word-a köçürəndə kursiv qalır.
Test hazırlamaq
Alətə keç →Neçə sual olar?
60-a qədər.
Sualları mətndən götürmək olar?
Bəli, mövzunu və ya mətni ver, sual qaralaması hazırlanır, sən yoxlayırsan.
Kim üçündür?
Müəllimlər, repetitorlar və kurslar üçün.
Variantlarda nə dəyişir?
Sualların sırası və cavab variantlarının sırası. Məzmun eyni qalır, ona görə bütün variantlar eyni çətinlikdədir.
Hansı dillərdə test hazırlamaq olar?
Azərbaycan, ingilis və rus dilində.
Testi sonra dəyişə bilərəm?
Bəli, test hesabında saxlanır. Sual əlavə edib yenidən çap edə bilərsən.
Sərbəst iş hazırlamaq
Alətə keç →Mətni dəyişmək olar?
Bəli. Planı, hər bölmənin mətnini və ədəbiyyatı istədiyin kimi düzəlt, ayrı bölməni yenidən yazdır. Word faylında da dəyişə bilərsən.
Neçə səhifə olur?
Mətn üçün 5, 8, 12, 15 və ya 20 səhifə seçirsən. Titul, plan və ədəbiyyat bura daxil deyil.
Mənbələr real olur?
AI yalnız tanınmış kitab və rəsmi saytları təklif edir, amma siyahını yoxla və müəllimin verdiyi mənbələri də əlavə et.
Sərbəst iş hazırlamaq pulsuzdurmu?
Plan, ədəbiyyat siyahısı və girişin önizləməsi pulsuzdur. Yalnız tam mətni (Word + PDF) açanda ödəyirsən, düzəlişlər pulsuzdur.
Neçə vaxta hazır olur?
Plan dərhal, tam mətn seçdiyin həcmə görə bir neçə dəqiqəyə. Sonra istədiyin qədər redaktə edə bilərsən.
Mətn unikaldirmi?
Hər iş mövzuya görə ayrıca yazılır, hazır şablondan köçürülmür. Yenə də təhvil verməzdən əvvəl oxuyub öz sözünlə zənginləşdir.
Hansı fənlər üçün olur?
İqtisadiyyat, hüquq, pedaqogika, tarix, texniki və humanitar fənlər: mövzunu yazırsan, AI sahəyə uyğun yazır.
3x4 şəkil hazırlamaq
Alətə keç →Hansı şəkil yaxşıdır?
Düz baxan, yaxşı işıqlı, eynəksiz və kölgəsiz şəkil. Fonu özümüz dəyişirik.
Harada çap etdirim?
10×15 vərəqi istənilən fotostudiya çap edir, A4 PDF-i isə evdə printerdə çap edə bilərsən.
Şəklim harada saxlanır?
Yalnız sənin hesabında, 60 gündən sonra avtomatik silinir.
3×4 vəsiqəlik foto neçə pikseldir?
300 dpi-da 354×472 piksel. Elektron müraciət üçün fayl da bu ölçüdə hazırlanır.
Şəkil qəbul olunmasa nə edim?
Format tələbləri qurumdan quruma bir az fərqlənə bilər. Müraciət etdiyin qurumun tələbini yoxla, lazım olsa ölçünü və ya fonu dəyişib yenidən yüklə.
Şəxsiyyət vəsiqəsi və pasport üçün şəkil aparmaq lazımdır?
Xeyr. Azərbaycan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu üçün şəkil ASAN xidmətdə yerində, ödənişsiz çəkilir. 3x4 (30x40 mm) vəsiqə şəkli isə işə qəbul, universitet, arayış, kurs və bəzi viza müraciətləri üçün istənir: onu evdən, telefonla hazırlamaq olar.
Telefonla çəkilmiş şəkil olarmı?
Bəli, yaxşı işıqda çəkilmiş telefon şəkli kifayətdir. Fon və ölçünü alət özü düzəldir.
Sənəd tərcüməsi
Alətə keç →Notarius təsdiqi var?
Xeyr. Təsdiq lazımdırsa, faylı tərcüməçiyə və ya notariusa apar, hazır mətn işi ucuzlaşdırır.
Qiymət necə hesablanır?
Səhifə sayına görə. Arxa üzündə yazı varsa, o da ayrıca səhifədir.
Şəkil necə olmalıdır?
Düz, kölgəsiz, bütün kənarları görünən. Oxunmayan yer [oxunmur] kimi qeyd olunur.
Sənəd tərcüməsi neçəyədir?
Qiymət səhifə sayına görə hesablanır, ödəniş tərcümədən əvvəl alınır. Bir səhifənin qiymətini Qiymətlər səhifəsində görə bilərsən.
Hansı sənədləri tərcümə edir?
Diplom, attestat, arayış, şəhadətnamə, vəsiqə və oxşar rəsmi sənədlər. Şəkli və ya skan edilmiş PDF-i qəbul edir.
Bu rəsmi tərcümə sayılır?
Mətn rəsmi tərcümə formatındadır, amma hüquqi təsdiq üçün notarius və ya andlı tərcüməçi möhürü lazımdır. Hazır mətn bu işi xeyli ucuzlaşdırır.
Mətni sonra dəyişə bilərəm?
Bəli. Tərcüməni saytda oxu, düzəlişləri et, sonra PDF və Word kimi yüklə.
Müqavilə hazırlamaq
Alətə keç →Notarius təsdiqi lazımdır?
Adi yazılı forma kifayət edən müqavilələr üçündür. Daşınmaz əmlak alqı-satqısı kimi hallarda notarius lazımdır.
Şərtləri dəyişə bilərəm?
Bəli, Word faylında istənilən bəndi düzəldə bilərsən.
Bu müqavilə hüquqi qüvvəyə malikdirmi?
Tərəflər imzaladıqda yazılı müqavilə kimi qüvvədədir. Hazırla hüquqi məsləhət vermir: mürəkkəb və ya böyük məbləğli işlərdə hüquqşünasa göstər.
Şirkət adından müqavilə hazırlamaq olar?
Bəli, tərəf kimi hüquqi şəxs seç: VÖEN, nümayəndə və vəzifəsi, bank rekvizitləri sahələri açılır.
Sənədi skan etmək
Alətə keç →Qeydiyyat lazımdır?
Skan etmək üçün yox. PDF-i yükləmək üçün hesabla daxil ol və yükləmə haqqını ödə.
Fayl haraya göndərilir?
Heç yerə: hər şey telefonunda işlənir.
Neçə səhifə olar?
İstədiyin qədər.
Skan nə qədərdir?
Yalnız PDF-i yükləyəndə ödəyirsən, dəqiq qiyməti Qiymətlər səhifəsində görə bilərsən. Kənarların kəsilməsini və süzgəcləri pulsuz yoxlaya bilərsən. Şəkillər cihazından çıxmır.
Kompüterdə də işləyir?
Bəli. Kompüterdə qalereyadan şəkil seçib PDF hazırlaya bilərsən.
Dəvətnamə hazırlamaq
Alətə keç →Qonaqlar necə alır?
Linki WhatsApp, Instagram və ya SMS ilə göndərirsən, tətbiq yükləmək lazım deyil.
Sonra dəyişə bilərəm?
Bəli, tarix və ya məkan dəyişsə, eyni linkdə yenilənir.
Ödənişdən əvvəl görə bilərəm?
Bəli, hazırlamaq və önizləmə pulsuzdur. Ödəniş linki qonaqlara açanda alınır.
Onlayn dəvətnamə necə göndərilir?
Hazır olanda bir link alırsan. Onu WhatsApp, Instagram, SMS və ya e-poçtla istənilən qədər qonağa göndərə bilərsən.
Elektron dəvətnamənin kağızdan fərqi nədir?
Elektron dəvətnamə link kimi WhatsApp və ya SMS ilə göndərilir: çap və paylama xərci yoxdur, tarix, ünvan və xəritə bir yerdədir, qonaq «gəlirəm» cavabını linkdən verir. Toy, nişan və ad günü üçün eyni qaydada işləyir.
Qonaqların cavabını harada görürəm?
Öz panelində: kim gəlir, kim gəlmir, neçə nəfər. Cavablar gəldikcə yenilənir.
Mahnı hazırlamaq
Alətə keç →Vokal var?
Hələlik yox: mahnı minusdur, sözlər akkordlarla verilir.
Sözləri yaza bilməsəm?
Mövzunu de: sözlər də yazılır, sonra düzəldirsən.
Pulsuz dinləmək olar?
Bəli, 30 saniyəlik dinləmə pulsuzdur.
Biznes plan hazırlamaq
Alətə keç →Rəqəmləri kim yazır?
Sən. Bütün cədvəllər sənin rəqəmlərindən hesablanır, heç nə uydurulmur.
Banka vermək olar?
Bəli, quruluş bankların və qrant proqramlarının gözlədiyi kimidir. Word-də istədiyin yeri dəyiş.
Hansı dildə?
Azərbaycan, ingilis və ya rus dilində.
Biznes plan hazırlamaq neçəyədir?
Xülasə və cədvəllərin önizləməsi pulsuzdur. Yalnız tam planı (PDF + Word) açanda ödəyirsən, sonrakı düzəlişlər pulsuzdur. Dəqiq qiyməti Qiymətlər səhifəsində görə bilərsən.
Qrant müraciəti üçün uyğundurmu?
Bəli. Quruluş bankların və qrant proqramlarının gözlədiyi kimidir, Word faylında istənilən bölməni öz tələbinə uyğunlaşdıra bilərsən.
Zərərsizlik nöqtəsi nədir?
Gəlirin xərci tam qarşıladığı an: nə qədər satışdan sonra biznesin zərərdən çıxır. Plan bunu sənin rəqəmlərindən hesablayır.
Hansı biznes üçün olur?
Kafe, mağaza, xidmət, onlayn satış, istehsal: sahəni və rəqəmləri yazırsan, plan ona uyğun qurulur.
Vizit kart hazırlamaq
Alətə keç →Hansı ölçüdədir?
85×55 mm (Avropa standartı) və ya 90×50 mm.
Loqomu qoya bilərəm?
Bəli, PNG və ya JPG loqo yüklə.
QR kod nəyə aparır?
Saytına və ya kontaktına, skan edən səni telefonuna yazır.
Vizitka ilə vizit kart eyni şeydir?
Bəli, «vizitka» vizit kartın danışıq dilindəki adıdır. Standart ölçü 85x55 mm-dir: alət mətbəə üçün kəsim xətli PDF və evdə çap üçün A4 vərəq verir.
Çap etdirmək üçün nə aparım?
Yüklədiyin PDF faylını. Mətbəəyə kağız növünü (məs. 300 qr matt) və sayını demək kifayətdir.
Kağız kartdan əlavə rəqəmsal versiya da lazımdırmı?
Faydalıdır: rəqəmsal vizit kart linkini QR kimi kartın arxasına çap et, kontaktın telefona bir toxunuşla düşsün.
Rəqəmsal vizit kart hazırlamaq
Alətə keç →Məlumatı sonra dəyişə bilərəm?
Bəli, link və QR eyni qalır, məlumat yenilənir.
Qarşı tərəf tətbiq yükləməlidir?
Xeyr, istənilən telefonun kamerası QR-ı oxuyur.
Kağız vizit kartla birlikdə olur?
Bəli, QR-ı kağız vizit kartına çap et.
Rəqəmsal vizit kart nədir?
Bütün əlaqə məlumatlarının olduğu bir veb səhifədir. Link və ya QR kod ilə paylaşılır, telefonda tətbiq yükləmədən açılır.
Ödəniş necədir?
Hazırlamaq və önizləmə pulsuzdur. Bir dəfə ödəyirsən, linkin aktiv olur.
Şəkli PNG-yə çevirmək
Alətə keç →Fon necə silinir?
Alət şəkildə əsas obyekti (adam, loqo, məhsul) tanıyır və qalanını şəffaf edir. Mürəkkəb kənarlarda (saç, tük) nəticəni önizləmədə yoxla.
Hansı formatlar olur?
JPG, PNG, WEBP, GIF, SVG və telefon şəkilləri. Nəticə həmişə PNG-dir.
Fonu silmədən yalnız PNG-yə çevirmək olar?
Bəli. «Arxa fonu sil» seçimini söndür, şəkil olduğu kimi PNG-ə çevrilir.
Loqonun fonunu necə silmək olar?
Loqonu yüklə, «Arxa fonu sil» seçimi açıq qalsın, nəticədəki şahmat xanaları şəffaf hissədir. Yüklənən PNG hər fonun üstünə qoyula bilər.
İmzanın şəffaf PNG-sini necə alım?
İmzanı ağ kağızda çək, şəklini yüklə və fonu sil. Alınan PNG-ni Word və ya PDF-də sənədin üstünə qoy.
Şəkli kiçiltmək olar?
Bəli: orijinal, 512, 1024 və ya 2048 px seç. Kiçik ölçü saytda və mesajlarda sürətli açılır.
QR kod yaratmaq
Alətə keç →QR kodun vaxtı bitir?
Xeyr, kod həmişə işləyir.
Menyunu dəyişsəm, yenidən çap lazımdır?
Xeyr: faylı səhifədə dəyişirsən, QR eyni qalır.
Hansı fayllar olar?
PDF, şəkil, Word, Excel, PowerPoint, audio və video.
Restoran menyusu üçün QR necə hazırlanır?
«Fayl və link səhifəsi»ni seç, menyunun PDF və ya şəkillərini yüklə, QR-ı masalara çap et. Menyu dəyişəndə yalnız faylı yenilə.
WhatsApp üçün QR olarmı?
Bəli. wa.me/994XXXXXXXXX formatında linki yaz, QR skan edən birbaşa sənə yazır.
QR kodu loqo ilə hazırlamaq olar?
Bəli, ortaya loqo əlavə edə və rəngləri seçə bilərsən.
Səsi mətnə çevir
Alətə keç →Səs necə yazılmalıdır?
Telefonu ağzına yaxın tut, sakit yerdə danış. Fon küyü və musiqi nəticəni pisləşdirir.
Hansı fayllar olur?
MP3, M4A, WAV, OGG və telefon səs yazıları. Ən çox 1 saat və 80 MB.
Mətn hamısı doğru olacaq?
Çox vaxt yaxşı çıxır, amma ad və xüsusi terminləri bir daha yoxla. Pulsuz hissəyə baxıb keyfiyyəti əvvəlcədən görürsən.
Səsi mətnə necə çevirmək olar?
Səsini yaz və ya fayl yüklə, dili seç. Mətnin bir hissəsini pulsuz oxuyursan, tam mətni ödənişdən sonra açırsan.
Mətni hansı formatda yükləyim?
Kopyalaya, TXT və ya Word kimi yükləyə bilərsən.
Uzun səsi çevirmək olar?
Bəli, 1 saata qədər. Səs hissələrlə işlənir, çevirmə zamanı səhifəni bağlama.
Sertifikat hazırlamaq
Alətə keç →Excel faylı yükləmək olar?
Bəli, .xlsx və CSV oxunur. Adları Excel-dən kopyalayıb yapışdırmaq da olar: birinci sütun ad olmalıdır.
200-dən çox adım var, nə edim?
Siyahını hissələrə böl: hər 200 ad üçün ayrıca sifariş. «Bu dizaynla yeni siyahı» dizaynı və mətni saxlayır.
Adda səhv olsa?
Adı düzəldib PDF-i yenidən yüklə: alət pulsuzdur.
Sertifikatı kimlər hazırlaya bilər?
Kurs, məktəb, təlim mərkəzi, şirkət və ya tədbir təşkilatçısı: kim ki iştirakçılara sənəd verir. Hazırla yalnız dizayn və faylı hazırlayır, sertifikatı verən sənin təşkilatındır.
Hansı ölçüdədir, çap etmək olar?
A4 albom (297 × 210 mm). PDF-i adi printerdə və ya mətbəədə çap edə bilərsən, hər səhifədə bir sertifikat olur.
Öz dizaynımı yükləyə bilərəm?
Hələlik 12 hazır dizayn (fəxri fərman, diplom, təşəkkürnamə daxil) və rəng seçimi var, loqonu və imzanı isə özün yükləyirsən.
Instagram postu hazırlamaq
Alətə keç →Instagram-a birbaşa yüklənir?
Xeyr, PNG-ni yükləyib özün paylaşırsan.
Öz şəklimi qoya bilərəm?
Bəli, məhsul və ya brend şəklini yüklə.
Neçə post edə bilərəm?
Hər ödəniş bir dizayn üçündür, 3 ölçüsü birlikdə.
Instagram post ölçüsü neçədir?
Kvadrat 1080×1080, şaquli 1080×1350 (4:5). Story və Reels üçün 1080×1920. Üçü də burada var.
Dizayn bilmədən istifadə etmək olar?
Bəli. Şablonu seç, mətni və şəkli dəyiş: düzülüş, şrift və rənglər hazırdır.
Eyni postu bir neçə ölçüdə ala bilərəm?
Bəli, ölçünü dəyiş: mətn və şəkil yeni ölçüyə uyğun yerləşir.
Cavab tapmadın? Bizə yaz →