Bir neçə dəqiqəyə hazır.
CV, slayd, foto, dəvətnamə, AI ilə, telefonundan.
Üç addım, bir neçə dəqiqə
- 01Aləti və dizaynı seçCV, slayd, foto və ya dəvətnamə, hər birində bir neçə hazır dizayn var.
- 02Doldur, AI kömək etsinQısa yaz, AI peşəkar dilə salsın. Mətni istədiyin kimi dəyiş.
- 03Bax, bəyən, yükləÖnizləmə pulsuzdur. Bəyənsən ödəyib yüklə: hər şey hesabında qalır.
Hazır dizaynlardan seç
Sadə, sürətli, dürüst
Faydalı məqalələr
Tez-tez verilən suallar
Pulu nə vaxt ödəyirəm?
Yalnız faylı yükləyəndə. Hazırlamaq və önizləməyə baxmaq pulsuzdur, nəticəni görüb bəyənəndən sonra ödəyirsən.
Abunə və ya gizli ödəniş varmı?
Gizli ödəniş yoxdur. Hər alətin sabit qiyməti var, yalnız aldığın şeyə görə ödəyirsən. Tez-tez istifadə edirsənsə, Hazırla Pro var: 30 gün bütün alətlər (gündə 5 yükləməyə qədər). Avtomatik yenilənmir: kartından özbaşına pul çıxmır.
Hansı kartla ödəmək olar?
Azərbaycan və xarici bankların Visa və Mastercard kartları ilə. Ödəniş Epoint vasitəsilə, bankın təhlükəsiz səhifəsində aparılır, kart məlumatların bizdə saxlanmır.
Balans nədir, mütləqdirmi?
Mütləq deyil. İstəsən yalnız sifarişin məbləğini ödəyirsən. Tez-tez istifadə edirsənsə, balansı istədiyin məbləğdə artırırsan; 10 ₼ və yuxarı artıranda 10% bonus qazanırsan və növbəti dəfə kartsız ödəyirsən.
Pul geri qaytarılırmı?
Fayl texniki səbəbdən yüklənməyibsə və ya ödəniş iki dəfə çəkilibsə, pul tam qaytarılır. Ödənişdən əvvəl nəticəni gördüyün üçün “bəyənmədim” səbəbi ilə qaytarma edilmir. Ətraflı: Geri qaytarma qaydalarında.
Məlumatlarım təhlükəsizdirmi?
Hazırladıqların yalnız sənin hesabında saxlanır, heç kimə verilmir. İstənilən vaxt hesabını və məlumatlarını silməyi xahiş edə bilərsən.
AI yazdığı mətn düzgündürmü?
AI mətni sənin verdiyin məlumat əsasında yazır və redaktə etməyi asanlaşdırır. Yükləməzdən əvvəl mətni oxu və lazım olan yeri dəyiş, son söz səndədir.






